"Dağlıq Qarabağ münaqişəsi artıq dondurulmuş sayıla bilməz". ANS PRESS-in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi”nə müsahibəsində deyib.O, bildirib ki, regionda baş verən son hadisələr belə deməyə əsas verir.“Bölgədəki son vəziyyət bizi narahat edir. Gərginliyin azaldılması üçün təcili müvafiq addımlar atılmalıdır. İlk addım prezidentlərin Soçidəki görüşüdür. Bu görüş Ermənistan-Azərbaycan sərhədindəki atışmalar, təxribat xarakterli bəyanatların qarşısını alacaq”, deyə Uorlik bildirib.Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlinin tərəfdarıdır. Azərbaycan və Ermənistan tərəfi bir-birlərinin gözündə güclü görünməyə çalışır.“Amma əminik ki, müharibə olmamalı, sülh danışıqları davam etdirilməlidir. Dağlıq Qarabağ münaqişəsi Avropa üçün qara ləkədir və bu səbəbdən ABŞ tərəfləri razı salacaq konfliktin həll yolu məsələsində çox maraqlıdır”, deyə amerikalı həmsədr bildirib.
Mənbə: ANS PRESS