Qadin.NET / Güclü külək gözlənilir

Güclü külək gözlənilir

 

Güclü külək gözlənilir

Sabah axşam saatlarından başlayaraq Azərbaycan ərazisində külək güclənəcək və avqustun 11-nə qədər davam edəcək.
ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, avqustun 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 23-27, gündüz 32-37 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, gecəyə doğru bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq. Qısamüddətli az yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.
Qeyd edək ki, güclü külək proqnozu ilə əlaqədar avqustun 11-də Bakıda Dövlət Bayrağı Meydanında Dövlət bayrağı hava sabitləşənədək endiriləcək.

Mənbə: ANS PRESS

 

9 avqust 2014
GO BACK