Qadin.NET / Azərbaycan ordusu daha bir əsgərini itirdi

Azərbaycan ordusu daha bir əsgərini itirdi

 

Ordumuz daha bir əsgərini itirib

Naxçıvan Muxtar Respublikasının N saylı hərbi hissəsində əsgər Seyran Eynulla oğlu Hənifəyev qəflətən dünyasını dəyişib.
Baş vermiş hadisə ilə bağlı Milli.Az Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Vaqif Dərgahlı Milli.Az-a açıqlamasında bildirib ki, əsgər Hənifəyev Seyran kəskin ürək və tənəffüs çatışmazlığı səbəbindən vəfat edib.
Hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.
Allah rəhmət eləsin!

Elşən İmanov.
Mənbə: Milli.Az

 

9 avqust 2014
GO BACK