Qadin.NET / Hava haqqında

Hava haqqında

Milli.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. 

Temperaturun gecə 23-27°, gündüz 32-37° isti, Bakıda gecə 25-27°, gündüz 33-35° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26°, Türkan, Hövsan, Şıx və Sahildə 26-27° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 18-23°, gündüz 34-39° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 12-17°, gündüz 25-30° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 19-24°, gündüz 34-39° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 18-23°, gündüz 31-36° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 21-26°, gündüz 35-40° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 22-27°, gündüz 32-37° isti, dağlarda gecə 15-20°, gündüz 27-32° isti olacağı gözlənilir.
Xəbərdarlıq
Avqustun 10-u axşamdan 12-si gündüzədək ölkə ərazisində şimal-qərb küləyinin saniyədə 15-20 metr, bəzi rayonlarda və Abşeron yarımadasında arabir 25-28 metrədək güclənəcəyi gözlənilir. Əsasən gecə və axşam saatlarında ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda lokal qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Mənbə: Milli.Az

9 avqust 2014
GO BACK