ABŞ Hərbi Hava Qüvvələri (HHQ) İraq ərazisindəki İraq və Şam İslam Dövləti (İŞİD) silahlılarının mövqelərinə hava zərbələri endirib.Trend-in cümə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi "Twitter" səhifəsində yazıb.O bildirib: "ABŞ HHQ silahlıların artilleriya mövqelərinə aviazərbələr edib. Artilleriya Ərbildəki kürd silahlı qüvvələrinə qarşı istifadə olunurdu".
Mənbə: Milli.Az