Qadin.NET / 8 yaşlı Qapanlı sakini: "Mən ermənilərdən qorxmuram..."

8 yaşlı Qapanlı sakini: "Mən ermənilərdən qorxmuram..."

 

Milli.Az EL TV-yə istinadən bildirir ki, təmas xəttinə yaxın yaşayış məntəqələrində həyat öz axarı ilə davam edir. Ermənistan Silahlı Qüvvələri tərəfindən tez-tez atəşə tutulan Tərtərin Qapanlı kəndinin sakinləri gündəlik qayğıları ilə yaşayır, təsərrüfat işləri ilə məşğul olurlar. 
Qapanlı kənd sakini Alim Hüseynov: ”Mal-qaramızı otarırıq. Heç yerə tərpənmirik, tərpənəsi də deyilik. Bizim əsgərlər ermənilərin layiqli cavabını veriblər”.
Kəndin digər sakini Bakir Əliyev bildirir ki, ermənilər atəşkəsi tez-tez pozsa da, hər dəfə layiqli cavablarını alırlar: ”Kənddən qaçmaq yoxdur. Biz həmişə kənddəyik”.
Kəndin balaca sakinlərindən olan 8 yaşlı Nicat Hüseynov da artıq  müharibə şəraitində yaşamağa öyrəşdiyini deyir. Ermənilərdən qorxmadığını bildirən Nicat hər axşam atəşkəsin pozulacağını güman edərək uçuşan güllələri seyr etmək üçün həyətə çıxır: ”O postdan bizim evlərə atırlar. Amma mən qorxmuram. Bizim əsgərlər onları susdururlar”.  
Nicat Hüseynov və digər kənd sakinləri bildirirlər ki, ordumuzun düşmənə layiqli cavab verməsi onları daha da ruhlandırır. İndi onlar yalnız işğal altında olan torpaqlarımızın azad olunması haqqında düşünürlər. 

Mənbə: Milli.Az

 

8 avqust 2014
GO BACK