Qadin.NET / Komandan ön cəbhədə

Komandan ön cəbhədə

 

Komandan ön cəbhədə

Avqustun 4-dən 6-dək Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanı, general-mayor Şahin Məmmədov qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsində olub.
Daxili Qoşunların Mətbuat Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfər qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinin vəziyyətinin yoxlanılması məqsədi daşıyıb. DQ komandanı ilk növbədə hərbi hissənin döyüş hazırlığını, təlim-tədrisin vəziyyətini yoxlayıb, şəxsi heyətin kazarma-məişət şəraiti və təminat-təhcizatı ilə maraqlanıb.
Hərbi hissə komandiri məruzə edərək bildirib ki, şəxsi heyət yüksək döyüş qabiliyyətinə malikdir və mənəvi-psixoloji vəziyyət tələb olunan səviyyədədir.
Sonra daxili qoşunların komandanı hərbi hissənin idarə heyətilə xidməti müşavirə keçirib. Komandan ölkəmizin iqtisadi qüdrətinin artmasının Silahlı Qüvvələrimizin möhkəmlənməsinə geniş imkanlar açdığını deyib. Şahin Məmmədov xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən məqsədyönlü islahatlar öz bəhrəsini verməkdədir. Bildirilib ki, elə bunun nəticəsidir ki, ən müasir silah və texnikalarla təchiz olunmuş Azərbaycan ordusu Cənubi Qafqazda liderliyi qoruyub saxlamaqdadır.
Ötən dövr ərzində hərbi hissədə xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş tədbirlərdən razılığının ifadə edən general-mayor Ş.Məmmədov şəxsi heyətin hazırlığını yüksək qiymətləndirərək, zabit və gizirlərin peşə vərdişlərinin artırılması istiqamətində səylərin daha da artırılmasının, hər an istənilən tapşırığın yerinə yetirilməyə hazır olmalarının vacibliyini qeyd edib.
Müşavirənin sonunda komandan konkret tapşırıqlar verib.

Mənbə: ANS PRESS

 

8 avqust 2014
GO BACK