Qadin.NET / Bu rayonlar qazsız qalacaq

Bu rayonlar qazsız qalacaq

 

Bu rayonlar qazsız qalacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 14:00-dək Yasamal, saat 16:00-dək Suraxanı, saat 18:00-dək isə Ağsu və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Fasilələrin yaranması Qala-Pirallahı yolunun genişləndirilməsi ilə bağlı 325 mm-lik kəmərin mənbəyə birləşdirilməsi, eləcə də qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.

Mənbə: ANS PRESS 

 

8 avqust 2014
GO BACK