Qadin.NET / Gimnastikası üzrə qaliblər müəyyən edilib

Gimnastikası üzrə qaliblər müəyyən edilib

 

Milli Gimnastika Arenasında idman gimnastikası, akrobatika və tamblinq üzrə start götürən növbəti birgə yarışlar davam edir.
Trend-in məlumatına görə, yarışın ikinci günündə böyüklərin idman gimnastikası üzrə çoxnövçülük yarışlarının qalibləri müəyyən edilib.
Belə ki, yarışda Oleq Stepak qızıl, Pyotr Paxnyuk gümüş, Ruslan Namazov bürünc medala sahib olublar.
Qeyd edək ki, yarışlara Bakı Gimnastika Məktəbini, Respublika Olimpiya İdman Liseyini, Nizami Rayon İdman Məktəbini və "Neftçi" Cəmiyyətini təmsil edən 80 idmançı qatılıb.
Azərbaycan Gimnastika Federasiyası tərəfindən bu dəfə də birgə yarışlara beynəlxalq dərəcəli hakimlər - Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü Arturs Mitskevitçs (Latviya), Avropa Gimnastika İttifaqının Texniki Komitəsinin üzvləri Mario Vukoya (Xorvatiya) və Dmitriy Andreyev (Rusiya), həmçinin Gürcüstan Milli Gimnastika Federasiyasının vitse-prezidenti Besarion Qamsaxurdiya, Qazaxıstan Gimnastika Məktəbinin baş məşqçisi Aleksandr Kim və Belarus Milli Gimnastika Federasiyasının baş katibi Andrey Fedorov dəvət olunublar.
Mənbə:Milli.Az 

 

7 avqust 2014
GO BACK