Qadin.NET / Yavər Camalov Latviyanın müdafiə nazirini qəbul edib

Yavər Camalov Latviyanın müdafiə nazirini qəbul edib

 

Avqustun 7-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Latviyanın müdafiə naziri Raymonds Veyonisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
Nazirlikdən Trend-ə verilən məlumata görə, nazir nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verdi.
Səmimi və mehribançılıq şəraitində keçən görüşdə Azərbaycan ilə Latviya arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.
Görüşdə Latviyanın Azərbaycandakı Müvəqqəti İşlər Vəkili xanım İeva Majore iştirak edirdi.
Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin Elektron Hesablayıcı Maşınları zavodunda istehsal prosesinin gedişini izləyib, Nazirliyin müəssisələrində istehsal edilən məmulatlarla tanış olublar.
Mənbə:Milli.Az 

 

7 avqust 2014
GO BACK