Qadin.NET / Həkimdən xəbərdarlıq: özünüzü gündən qoruyun!

Həkimdən xəbərdarlıq: özünüzü gündən qoruyun!

 

Hava şəraitinin isti keçməsi ilə əlaqədar Mərkəzi Aran bölgəsində günvurma ilə bağlı təcili tibbi yardıma müraciət edənlərin sayı artıb.
Milli.Az EL TV-yə istinadən bildirir ki, ötən il Yevlaxda gün ərzində günvurma ilə əlaqədar 10-15 nəfərin evinə çağırış olub. Yevlax Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Çingiz Baxşəliyev deyir ki,  bu il həmin göstərici ikiqat artıb.  
Baş həkimin sözlərinə görə, günəşin ultrabənövşəyi şuası altında çox olmaq insan səhhəti üçün zərərlidir: "Xəstədə baş ağrısı, baş hərlənmə, ürək bulanma, ürək döyünməsi artır, səthi tənəffüs çoxalır".
Çingiz Baxşəliyev məsləhət görür ki, insanlar günvurmadan qorunmaq üçün sərin ev şəraitində olmalıdırlar.  Çox miqdarda maye qəbul etməlidirlər.  Qida rejiminə riayət olunmalıdır. Mütəmadi həkim məsləhəti alınmalıdır. 

Mənbə:Milli.Az

 

7 avqust 2014
GO BACK