“Eurovision-2015” mahnı müsabiqəsinə Avstriyanın paytaxtı Vyana ev sahibliyi edəcək. ANS PRESS-in məlumatına görə, bu seçim Avstriyanın ORF İctimai Yayım Şirkəti tərəfindən həyata keçirilib.
Xatırladaq ki, mahnı müsabiqəsinin keçirilməsinə dair Avstriyanın Qrats, İnsbruk və Vyana şəhərləri iddialı olub.
Şirkətin baş direktoru Aleksandr Vrabets bildirib ki, Avropanın musiqi və incəsənət ürəyi olan Vyanada “Eurovision” mahnı müsabiqəsinin 60 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni edəcəklər.
“Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək.
Mənbə:Milli.Az