Avqustun 6-da Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclasının yekunları üzrə imzalanmış protokol çərçivəsində tərəflər ticarət, iqtisadiyyat, bank sahəsi, birgə layihələrə investisya yatırma sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini razılaşdırıblar.
ANS PRESS-in məlumatına görə, tərəflər energetika sahəsində Azərbaycan qazının İrana tədarükü və onun reallaşdırılması, Azərbaycan qazının İran ərazisi ilə Naxçıvan Muxtar Respublikasına tədarükü üzrə "qarşılıqlı mübadilə" əməliyyatlarının həcminin artırılması, neft və neft-kimya sektorlarında əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.
Tərəflər, həmçinin energetika sahəsində elektrik enerjisinin nəqli və mübadiləsi üzrə əməkdaşlığı genişləndirmək, sərhədyanı çaylarda ("Ordubad", "Marazad" və digərləri) su elektrik stansiyaların yaradılması, xüsusilə Araz çayı daxil olmaqla sərhədyanı çayları sularından istifadə edilməsi qaydalarını hazırlamağı planlaşdırırlar.
Azərbaycan və İran Şimal-Cənub (Rusiya-Azərbaycan-İran) dəmiryolu dəhlizi çərçivəsində, dəniz gəmiçiliyi, gömrük, turizm, elm və tədqiqatlar, IT, kənd təsərrüfatı, mədəniyyət, tibb sahələrində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.
İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi deyib ki, əməkdaşlıq haqqında sənədin imzalanması iki ölkənin münasibətlərində yeni səhifə açır. Onun sözlərinə görə, hökumətlərarası komissiyanın iclası çox məhsuldar keçib.
M.Vaezi qeyd edib ki, rəhbərlik etdiyi nümayəndə heyətinə özəl sektorun 60-dan çox nümayəndəsi daxildir. Bu şirkətlər Azərbaycan şirkətlərilə məhsuldar danışıqlar keçiriblər: "Sabah biznes forum keçiriləcək. Forumda mən və Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iştirak edəcəyik. Biz forumda Azərbaycan və İranın özəl sektorlarının daha sıx əmıkdaşlığının təşkilinə yardım edəcək xüsusi komitənin yaradılmasını elan edəcəyik. Əminəm ki, biz gələn il sayca 10-cu birgə hökumətlərarası komissiyanın iclasını keçirəcəyik. İnanıram ki, bu vaxtadək iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi indiki göstəricidən 2-3 dəfə çox olacaq".

Mənbə:ANS PRESS