İxtisas seçiminin nəticələri elan olunub.
ANS PRESS-in məlumatına görə, tələbə adı qazanmış şəxslər 2014-cü il avqustun 08-dən 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qeyd edir ki, tələb olunan sənədlər barədə məlumatı daxil olduğunuz ali təhsil müəssisəsindən əldə edə bilərsiniz.
"Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı avqustun 7-də “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq. Həmin yerlərə ixtisas seçimi avqustun 8-dən 13-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub). Həmin jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək olar", - deyə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bildirib və tələbə adı qazanmış bütün gəncləri təbrik edib, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayıb.

Mənbə:ANS PRESS