Qadin.NET / Türkiyə fələstinli yaralıları müalicə edəcək

Türkiyə fələstinli yaralıları müalicə edəcək

 

Türkiyə İsrail ordusunun Qəzza zolağında apardığı hərbi əməliyyatlar nəticəsində yaralanan fələstinliləri müalicə etmək niyyətindədir.
ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu açıqlama verib.
Onun sözlərinə görə, Türkiyə Qəzza sektorundan yaralıların müalicə məqsədilə daşınması haqqında İsrail və Misirlə danışıqlar aparır.
Əhməd Davudoğlu həmçinin qeyd edib ki, hazırda Qəzzadan Türkiyəyə yaralıların daşınması üçün hava dəhlizinin yaradılması haqqında intensiv danışıqlar gedir.
Qeyd edək ki, İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 7 mindən çox fələstinli yaralanıb.
Mənbə:ANS PRESS 

 

7 avqust 2014
GO BACK