Müxtəlif ölkələrdə baş verən proseslərə nə Qərb, nə də ABŞ, demək olar ki, reaksiya verir, ancaq Azərbaycanda baş verən çox kiçik hadisələrə ciddi reaksiya verir ki, bu da Azərbaycana qarşı qərəzli mövqenin bariz nümunəsidir". Milli.Az bildirir ki, bunu Trend-ə İnsan Hüquqları XXI Əsr Fondunun prezidenti Şahin Camalov deyib.
O qeyd edib ki, Azərbaycan həm Avropanın, həm ABŞ-ın mütəmadi təzyiqlərinə məruz qalır: "Hesab edirəm ki, Azərbaycana təzyiq göstərmək ölkənin daxili işinə qarışmaqdır. Leyla Yunus məsələsində də biz bunu aydın gördük, hətta ABŞ və Böyük Britaniya səfirlərinin müavinlərinin Leyla Yunusu hava limanına qədər müşayiət edib onun Azərbaycandan çıxmasına yardım etmək istəməsi Azərbaycana qarşı qərəzli mövqeyin aydın göstəricisidir".
Ş.Camalov vurğulayıb ki, HRW, "Freedom House", "Amnesty İnternational" və digər bu kimi təşkilatların Azərbaycana qarşı daim qərəzli mövqe sərgiləməsi də beynəlxalq aləmdə ikili standartların mövcud olduğunu sübut edir: "Hesab edirəm ki, bu, yolverilməzdir. Amma əslində onların Azərbaycanın inkişafında ciddi maraqları olmalıdır. Ancaq biz bunun əksini görürük. Bütün bunlara rəğmən Azərbaycan Avropaya doğru, demokratiyanın, insan hüquqlarının inkişafına təkan verən addımlar atır, amma çox təəssüf ki, biz Avropadan bunun heç bir qarşılığını görmürük. Hesab edirəm ki, bütün bunlar Azərbaycana qarşı olan qısqanclıqdan irəli gəlir. Azərbaycanın naliyyətləri bu dövlətlərin heç birinin maraq dairəsində deyil. Baxmayaraq ki, onlar özlərini Azərbaycanın inkişafında guya maraqlı olduqlarını göstərməyə çalışırlar, amma belə deyil əslində. Biz bunun hər gün şahidi oluruq. Hesabatlarda, qərəzli mövqelərdə biz bunu görürük".
Ş.Camalov təəssüf etdiyini bildirib ki, Leyla Yunusun həbs olunmasına reaksiya verən ABŞ və Avropa dövlətləri, Xocalıda yüzlərlə insanın vəhşicəsinə qətlə yetirilməsinə reaksiya vermir: "Azərbaycanın son günlərdə ermənilərin təcavüzü nəticəsində verdiyi şəhidlərə heç bir ciddi reaksiya verilmir. Sadəcə, özlərini xəbəri varmış kimi göstərirlər, amma ortada heç nə yoxdur. Hesab edirəm ki, bütün bunlar yolverilməzdir"

Mənbə:Milli.Az