Qadin.NET / Uşaqlarda sümük boşluğunu necə aradan qaldırmaq olar?

Uşaqlarda sümük boşluğunu necə aradan qaldırmaq olar?

 

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, son vaxtlar uşaqlar arasında sümük boşluğu geniş yayılıb. Hazırda daha çox 2 aylıq - 1 yaş arası uşaqlar bu xəstəliyə məruz qalırlar.
Böyüklərdən fərqli olaraq uşaqlarda yumşaq toxuma üstünlük təşkil etdiyindən, onlar tez-tez müxtəlif travma alırlar. Bu da azyaşlı uşaqlarda raxitlik əmələ gətirir. Həkimlər isə bu xəstəliyin səbəbini yalnız travmada görmürlər.
Asif Məmmədov – həkim-pediatr: “Əgər dəriyə günəş şüası düşmürsə, o zaman D vitaminin hasilatı zəif olur. Beləliklə, orqanizmdə müxtəlif mineral çatışmazlığı baş verir ki, belə uşaqlarda raxitlik qarın – qurbağa qarnı əmələ gəlir”.
Raxit və raxitəbənzər xəstəliklərin əlilliyə gətirib çıxarmaması üçün onların vaxtında aşkar olunması və müalicəsi vacibdir.
Asif Məmmədov: “Uşağa düzgün müalicə təyin olunursa, heç bir fəsaddan söhbət gedə bilməz, hər şey qaydasında olur. Ancaq valideynlərə məsləhətimiz budur ki, gigiyenik qaydalara riayət eləsinlər, uşağı qapalı şəraitdə saxlamasınlar, uşaq olan otaq təmiz olmalıdır”. Həkim-pediatr bildirir ki, son dövrlərdə doğulan əksər körpələrdə sümük boşluğu xəstəliyi çoxaldığından onlarda immunitetin gücləndirilməsi üçün kimyəvi preparatlardan istifadə olunmalıdır.
Mənbə:Milli.Az 

 

6 avqust 2014
GO BACK