Qadin.NET / Ermənilərin vəhşilikləri bitmir

Ermənilərin vəhşilikləri bitmir

 

                         
Ermənistanın intensiv olaraq atəşkəsi pozması nəticəsində 2 azyaşlı uşaq yaralanıb.ANS TV-nin məlumatına görə, ötən gecə Ağstafa rayonunun Köhnə Qışlaq kəndinin atəşə məruz qalması nəticəsində 10 yaşlı kənd sakini Qoşqar Abbasov xəsarət alıb. Məlumata görə, ermənilərin acdığı atəş nəticəsində uşağın yaşadığı evin pəncərələri sınıb. Şüşə qırıqları, qəlpələr azyaşlının boynundan yaralanması ilə nəticələnib. Uşağa ilkin tibbi yardım göstərilib, vəziyyəti normaldır.
Ermənilərin Tovuz istiqamətində açdığı atəş rayonun Mülkülü kənd sakini 14 yaşlı İsmayılov Sərxan Əlağa oğlunun əlinə dəyib. Hər iki yaralı rayonlardakı mərkəzi xəstəxanalara yerləşdiriliblər. Rayon xəstəxanasından verilən məlumata görə, artıq uşaq evə göndərilib.
Qoşqar Abbasovun nənəsi Vəzduha Abbasovanın sözlərinə görə, uşağ evdən çıxıb, mətbəxin qapısına çatar-çatmaz evi tüstü-duman bürüdü: “Bu an gördüm ki, uşaq üzü üstə yerə yıxıldı. Dərhal anası Qoşqarı quçağına alıb içəri otağa apardı. Gördük ki, boyun nahiyəsindən qan axır”.

-----------
14:04

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Tovuz rayon sakini yaralanıb.
APA-nın xəbərinə görə, ermənilərin açdığı atəş rayonun Mülkülü kənd sakini, 2000-ci il təvəllüdlü İsmayılov Sərxan Əlağa oğlunun əlinə dəyib. Bundan başqa, uşaq sinəsindən qəlpə yaraları da alıb.S. İsmayılov Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

---------
11:41

Ötən gün cəbhənin Ağstafa rayonu istiqamətində düşmən silahları susmayıb.  Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, bu dəfə ermənilər sərhəddə yerləşən Köhnə Qışlaq kəndini intensiv atəşə məruz qoyublar.
Bir neçə saat davam edən atışma nəticəsində Köhnə Qışlaq sakini, 8 yaşlı Qoşqar Abbasov boyun nahiyəsindən qəlpə yarası alaraq yaralanıb. Azyaşlıya ilkin tibbi yardım göstərilib, vəziyyəti normaldır.Tovuzun Əlibəyli və Hacallı kəndləri isə təxminən gecə saat 03:30-a qədər iriçapalı silahlardan atəşə tutulub. Daha çox işıqsaçan, yandırıcı güllərdən istifadə olunması otlaq sahələrində yanğın baş verməsinə səbəb olub. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi ilə düşmən susdurulub.
Mənbə:Milli.Az 

 

6 avqust 2014
GO BACK