Yuxu və bu zaman bədənin düzgün vəziyyətdə olması insanın fiziki və psixi sağlamlığı üçün çox vacibdir. Düzgün seçilməyən yastıq, çox yumşaq döşəklər yuxunun pozulmasına, onurğanın əyilməsinə, boyun və çiyində ağrılara səbəb olur.
Vertebroloq Nailə Cəfərovanın sözlərinə görə, ortopedik yastıqlar yuxu zamanı boynun düzgün vəziyyətini təmin edir. İstirahət zamanı bütün əzələlər dincəlməli və insan rahat olmalıdır. Ortopedik yastıqlarsa buna kömək edir. Onun dediyinə görə, adi yastıqlarda yatarkən boynun vəziyyəti düzgün qalmaya bilər, bu isə boyun və onurğa nahiyəsində narahatlığa gətirib çıxarır.
N.Cəfərova qeyd edib ki, bu yastıqların müsbət keyfiyyətləri yatarkən boynu düzgün vəziyyətdə saxlamaqla bitmir: "Belə yastıqlar allergik reaksiyalara səbəb olmur. Quş tükünə allergiyası olanlar ortopedik yastıqlarda rahat yata bilərlər. Həmin yastıqların hazırlandığı material müxtəlif bakteriyalar, gənə, kif və başqa mikroorqanizmləri üzərinə yığmır. Ortopedik yastıqlar adi yastıqlara nisbətən rahatlığı ilə fərqlənirlər. Adi yastıqlarda yatarkən əksər hallarda özümüzə rahat yer tapa bilmir, yastığı ya qatlayır, ya da altına nəsə qoyuruqsa, ortopedik yastıqlar rahatlığı tam təmin edir. Belə yastıqlar havanı yaxşı keçirdiyindən üzün və başın dərisi nəfəs alır və insanın bu nahiyələri çox tərləmir. Yuxudan ayılanda isə insan özünü gümrah və enerji dolu hiss edir".
Həkimin dediyinə görə, ortopedik yastıqlar insanın ağırlığı altında onurğa sütununun bütün fəqərələri bir sıraya düzələnə qədər əyilir. Yastıq daim başı və boynu bu vəziyyətdə saxlaya bilir.
Lakin ortopedik yastıqlar arasında da keyfiyyətsizləri olur. Satıcı Süsən Kərimovanın sözlərinə görə, ortopedik yastıqlar kvadrat və ya düzbucaqlı formada olur. Onlar adi yastıqlarda olduğu kimi, quş lələyi, sintepondan deyil, xüsusi materiallardan hazırlanır. Məhz yastığın hazırlandığı material boynu düz saxlayan xassəyə malikdir. Lakin bu material baha olur.
Ortopedik yastıq alarkən həm də bədən quruluşunun özəlliklərinə fikir vermək lazımdır. Yastıq seçərkən çiyinlərin eni, yuxu üçün sevdiyiniz uzanmaq tərzi, yastığın materialı və qiyməti də nəzərə alınmalıdır: "Çiyinlərin eni ortopedik yastığın eninə uyğun olmalıdır. Əgər yatarkən və ya sadəcə dincələrkən vaxtın çox hissəsini bel üstündə uzanırsınızsa, yastı və bərk yastıq seçin. Bel üstündə yatmağı sevənlər üçün yastığın hündürlüyü 8-10 sm olmalıdır. Yastıqların möhkəmliyinə də fikir verin. Yastıqlar möhkəm olduqca yastı olmalıdırlar".
Satıcı bildirir ki, satışda daha çox düzbucaq formasında 60-80 sm və ya 40-60 sm ölçüsündə olan ortopedik yastıqlar satılır: "Belə yastıqlara onların ölçüsünə uyğun üz keçirmək lazımdır. Fikir verin ki, yastıq üzləri təbii materialdan olsun".
Nadir hallarda olsa da, satışda oval şəklində yastıqlara da rast gəlmək olar. Körpələr üçün ortopedik yastıqlar, ortopedik döşəklər də var. Adətən ortopedik yastıqların hündürlüyü 6-16 sm qədərdir. Əksəriyyətə 10-14 sm qalınlıqda olan yastıqlar daha uyğun gəlir. Lakin hər kəs özünə uyğun yastıq seçməlidir. Bunun üçün sm ölçənlə boyundan çiynin qurtaracağına qədər olan məsafəni ölçüb 2 sm əlavə edin. Həmin ölüçüyə uyğun özünüzə ortopedik yastıq seçin.
Kərimova qeyd edib ki, ortopedik yastıqların effektivliyi və xeyri onun hansı materialdan hazırlanmasından asılıdır: "Misal üçün, lateksdən olan yastıqlar yumşaqlığı və elastikliyi ilə fərqlənir. Baş və boynu yaxşı saxlayır və əyildikdən sonra tez əvvəlki vəziyyətinə qayıdır. Poliester ortopedik yastıqlar daha çox yayılıb. Poliester orta ölçülü kürələr formasında olur. Bu kürələr insanın ağırlığı altında bir qədər kənarlara tərəf lazımi yüksəkliyi alana qədər əyilir. Poliester gigiyenik materialdır, rahat yuyulur və tez quruyur. Onun istifadə müddəti isə 8 ildir".
Onun dediyinə görə, qarabaşaq yarmasının kəpəklərindən olan ortopedik yastıqlar 100 faiz təbii materialdan hazırlanır: "Bu yastıqların yaxşı ortopedik xüsusiyyətləri olur. Xırda hissəciklərdən hazırlanan belə yastıqlar massaj effektinə malikdir. Belə yastıqlarda yatdıqda boyun və çiyin nahiyəsindəki ağırlar keçib gedir".
İnsanın hərarətini və çəkisini yadda saxlayan və buna reaksiya verən xüsusi ortopedik yastıqlar da olur. Belə yastıqlar poliuretan və ya təbii lateksdən hazırlanır. İnsan belə yastıqdan başını qaldırandan sonra yastıq yavaş-yavaş əvvəlki vəziyyətinə qayıdır. Bu cür yastıqları əl ilə basanda adama elə gəlir ki, yastıq onun çəkisinə uyğun forma almağa başlayır. Amma bu yastıqları yumaq olmaz.
Soyuq effektli geldən hazırlanan ortopedik yastıqlar isə ağırlığı yastıq üzərində bərabər paylayır. Bu cür yastıqlar da massaj effektinə malikdir. Bununla yanaşı, onlar sərinlik də gətirir. Lakin geldən olan yastıqlara alışmaq üçün vaxt tələb olunur. Hər adam belə qeyri-adi hisslər yaradan yastıqlarda yata bilmir. Qarın üstündə yatmağı sevənlər üçün çox da hündür olmayan və yumşaq yastıqlar uyğundur.
Bəzi əlamətlərə görə, yastığın sizə tam uyğun olmadığını anlamaq olar. Əgər yatarkən tez-tez əlinizi yastığın altına salırsızsa, deməli, yastığın hündürlüyü sizə uyğun deyil. Boyun və çiyinlərdə ağrılar yastığınızın çox alçaq olduğunu, döşəyin isə çox bərk olduğunu göstərir. Narahat yatır və tez-tez bir tərəfdən o biri tərəfə çevrilirsinizsə, yastıq sizə görə hündürdür.

Mənbə:Milli.Az