Qadin.NET / Cəbhədə uşaq yaralandı

Cəbhədə uşaq yaralandı

 

Cəbhədə uşaq yaralandı

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Tovuz rayon sakini yaralanıb.
Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov ANS PRESS-ə açıqlamasında, 2000-ci il təvəllüdlü İsmayılov Sərxan Əlağa oğlunun güllə yarası ilə xəstəxanaya gətirildiyini bildirdi:
Uşaq Mülkülü kənd sakinidir. 
"Yaralı yarım saat bundan əvvəl xəstəxanaya gətirilib. Xəstənin əlində güllə, sinəsində isə qəlpə yaraları var. Hazırda uşağın hansı şəraitdə yaralandığı araşdırılır".
Qeyd edək ki, Ermənilərin cəbhə istiqamətində intensiv olaraq atəşkəsi pozması nəticəsində bir necə saat öncə də bir uşaq yaralanıb. Hadisə Ağstafa rayonu istiqamətində baş verib. Sərhəddə yerləşən Köhnə Qışlaq kəndininin atəşə tutulması nəticəsində 8 yaşlı Qoşqar Abbasov boyun nahiyəsindən yaralanıb. 

Mənbə:ANS PRESS

 

6 avqust 2014
GO BACK