Qadin.NET / Təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Təbii qaz təchizatında məhdudiyyətlər olacaq

 

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, qaz nəqli sistemində görülən işlər, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, avtomobil yolunun tikinti sahəsinə düşən mövcud qaz kəmərlərinin təhlükəsiz əraziyə köçürülməsi, eləcə də təmir-bərpa işləri ilə əlaqədar bu gün saat 12.00-dan saat 14.00-dək Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə, saat 14.00-dək Bakının Nərimanov və Yasamal, işlər başa çatanadək Binəqədi və Nəsimi, saat 15.00-dan 17.00-dək Sabunçu, saat 18:00-dək isə Şamaxı, İsmayıllı və Lənkəran rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Mənbə:Milli.Az

6 avqust 2014
GO BACK