Milli.Az EL TV-yə istinadən bildirir ki, keçən il 55, bu ilin ötən dövründə isə 33 nəfər depressiv hallardan əziyyət çəkdiyi üçün Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onlardan 3-ü ağır depressiya diaqnozu ilə paytaxta göndərilib.
Psixiatr Əli Əliyev deyir ki, bu xəstəliyə düçar olan insanlar halsızlıqdan, iştahsızlıqdan və yüksək hərarətdən şikayətlənirlər:
“Depressiya xəstəliyi gənclərdə daha çox olur. Bu da hər hansı bir uğursuzluq nəticəsində, karyera qura bilməyəndə, ailə münasibətlərində narahatlıq əmələ gələndə, işlə bağlı olur”.
Psixiatr bildirir ki, depressiya xəstəliyi daha çox stressdən qaynaqlanır. Belə xəstəlikdən sağalmaq isə insanların özlərindən asılıdır. Onlar vaxtaşırı tibbi müayinələrdən keçməlidirlər. Əhval-ruhiyyə stabil saxlanmalıdır. Qida rejiminə diqqət yetirilməlidir. Davamlı ictimai məşğuliyyət də insanların sosial həyatına stimul verir. Bu zaman insanlar depressiya hallarından uzaqlaşa bilirlər.