Qadin.NET / Məşhur pəhrizlər insanı dişsiz qoyur

Məşhur pəhrizlər insanı dişsiz qoyur

 

Yeni dəbə minən pəhriz növləri dişləri xarab edir, ağızdan pis iy gəlir.

Bu gün dünyada meyvə şirəsi və ya çiy qida ilə pəhrizlər daha çox yayılıb. Orqanizmdə bu cür məhdudiyyətlər insan üçün təhlükəlidir.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu cür pəhriz növləri Hollivudda daha çox populyardır. Selma Hayek və Keyt Hadson kimi məşhurlar bu cür pəhrizlərdən istifadə edirlər.
London stomatologiya klinikasının direktoru, doktor Patel bildirir ki, bu cür pəhrizlər dişlərə qarşısıalınmaz ziyan vurur. Məsələ burasındadır ki, yalnız meyvə şirələrindən ibarət olan rasion orqanizmdə insulinin miqdarını pik həddinə çatdıra bilər. Bu da zamanla kollagenlərin strukturunu dəyişir. Məhz kollagenlərin strukturu damaq sağlamlığı üçün cavabdehdir. Alimlər bu cür pəhriz növləri ilə orqanizmi sınaqdan keçirməyi tövsiyyə etmirlər. Konservantlaşdırılmış meyvə şirələrindənsə təzə meyvələr yeməyi tövsiyyə edirlər.

Mənbə: Milli.Az

 

6 avqust 2014
GO BACK