Qadin.NET / Ağdamda atışma başladı

Ağdamda atışma başladı

 

Ağdamda atışma başladı

Bu saatlarda Ermənistan silahlı qüvvələri yenidən cəbhədə fəallaşıblar. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ermənilər Ağdamın işğal altında olan Bayramlar kəndindəki mövqelərindən Azərbaycanın üzbəüz mövqelərini ara-sıra atəşə tutublar.Ağdamın Çıraqlı kəndi hazırda atəşə tutulur. Atışma zamanı avtomat silahlardan istifadə olunduğu bildirilir. Ağır artilleriyadan atəş açılmayıb. Cəbhə xəttində zenit-raket qurğularından istifadə faktı qeydə alınmayıb. İndiyə olan məlumata görə, atışma nəticəsində xəsarət alan yoxdur. Bu dəqiqələrdə tərəflər arasında yenə də atışma gedir. Düşmən cavab atəşi ilə susdurulur.

 

Mənbə: ANS PRESS

6 avqust 2014
GO BACK