Qadin.NET / İrəvan qorxuya düşüb

İrəvan qorxuya düşüb

 

 

Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu gün Rusiyanın Ermənistandakı səfiri İvan Volıkini qəbul edib. Ans press-in məlumatına görə, nazir və Rusiya səfiri təmas xəttində gərginliyin artmasından narahatlıqlarını ifadə edərək vəziyyətin sabitləşməsi imkanlarını müzakirə ediblər. Ermənistan Müdafiə Nazirliyinin və Rusiya səfirliyinin birgə bəyanatında bu haqda qeyd edilir.Tərəflər münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həlli yollarının axtarışının davam etdirilməsinin vacibliyini qeyd ediblər. Səfir ölən hərbçilərin ailələrinə başsağlığı verib.

Mənbə: Milli.Az

6 avqust 2014
GO BACK