Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi bu il baş tutacaq Kəbə və həcc ziyarətinə 3 ölkədən gələn müsəlmanlara qadağa qoyub. Lent.Az-ın məlumata görə, Afrikada yerləşən Liviya, Qvineya və Sierra-Leone ölkələrində yayılan "Ebola" virusunun gətirə biləcəyi təhlükəni qabaqlamaq üçün həmin ölkələrdən gələn zəvvarların Ərəbistana girişi əngəllənib.Bundan əlavə, Səudiyyə Ərəbistanı hökuməti gömrük məntəqələrində, eləcə də hava limanlarında çalışan əməkdaşlarına virus haqqında təlimlər keçirir.Qeyd edək ki, Afrikada yayılan "Ebola" virusundan 800 mindən artıq insan həyatını itirib.
Mənbə: Milli.Az