Qadin.NET / Ana oğlunu cəbhədəki vəziyyətə görə Rusiyadan geri çağırdı

Ana oğlunu cəbhədəki vəziyyətə görə Rusiyadan geri çağırdı

 

"Südümü sənə halal eləmərəm!"

Milli.Az-ın Faktxəbər-ə istinadən məlumatına görə, facebook istifadəçisi Səmədağa Ağalarov yazır ki, bu gün səhər Rusiyada yaşayan tovuzlu bir dostu ona təcili zəng vurub və bir xahiş edib:
"Dostum səhər tezdən zəng edib ki, uşaqlarını hava limanında qarşılayım, özü isə iki günə gəlir. Yuxulu idium, soruşdum ki, ay qardaş, kim rəhmətə gedib, nə olub, bu qaçaqaçla gəlirsiz? Deyir, "anam zəng vurmuşdu, dedi ki, deyəsən, müharibə başlayır, bala, Tovuzun kəndlərində atışmadır, gəlməsən, südümü sənə halal eləmərəm!... Bax belə anası olan kəndin, mahalın, camaatı haqqında gərək erməni olasan ki, yazasan "camaat qaçır!""

Mənbə: Milli.Az
5 avqust 2014
GO BACK