Azərbaycan Ordusunun giziri yaralanıb. Gizir Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində düşmən gülləsinə tuş gəlib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu 1985-ci il təvəllüdlü Xosiyev Valeh Saleh oğludur. O, Biləsuvar rayonundan hərbi xidmətə çağırılıb. Yaralanan hərbçi hospitala yerləşdirilib. Hərbçinin vəziyyəti orta-ağır qiymətləndirilir.
Mənbə: ANS PRESS