Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

Milli.Az Anspress-ə istinadən avqustun 5-də tarixdə baş verən mühüm hadisələrə nəzər salır.
Miladi: 05 avqust 2014
Hicri: 8 Şəvval 1435
İlin 217-ci günü
İlin sonuna 148 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 05.20
Günəş - 06.41
Zöhr - 13.51
Əsr - 18.20
Məğrib – 21.09
İşa – 23.41
1789-cu ildə Fransada təhkimçilik hüququ ləğv edilib.
1844-cü ildə rus rəssam İlya Repin anadan olub.
1850-ci ildə fransız yazıçı Gi de Mopassan dünyaya gəlib.
1876-cı ildə İsgəndəriyyədə ilk ərəb qəzeti "Əl-Əhram" nəşrə başlayıb.
1884-cü ildə Nyu-York limanının girişində olan “Azadlıq” abidəsinin təməlinə ilk daş qoyulub.
1895-ci ildə elmi kommunizmin banilərindən biri - Fridrix Engels Londonda vəfat edib.
1895-ci ildə azərbaycanlı opera müğənnisi Məmmədtağı Bağırov anadan olub.
1895-ci ildə azərbaycanlı cərrah, akademik Mustafa Topçubaşov anadan olub.
1914-cü ildə ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində dünyada ilk işıqforlar quraşdırılıb.
1918-ci ildə Azərbaycanda hərbi-dəniz donanmasının yarandığı gündür. Həmin gün keçmiş Rusiya imperiyasının Xəzərdəki hərbi gəmilərinin bazasında Azərbaycan Xalq Cümhuriyyətinin hərbi-dəniz donanması təşkil olunub.
1924-cü ildə Türkiyədə çoxarvadlılıq qadağan edilib.
1925-ci ildə Mustafa Kamalla (Atatürk) Lətifə xanım boşandılar.
1948-ci ildə rəssam Arif Məhərrəmov anadan olub.

Mənbə: Miili.Az

 

5 avqust 2014
GO BACK