Qadin.NET / İsrail ordusu Qəzzadan çıxır

İsrail ordusu Qəzzadan çıxır

 

İsrailin quru qoşunları Fələstin döyüşçülərinin tunellərini məhv ediblər. İndi isə muxtariyyətin ərazisini tərk edirlər. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin mətbuat katibi bildirib. 
Onun sözlərinə görə, yeraltı tunellər vasitəsi ilə fələstinli döyüşçülər yəhudi dövlətinin ərazisində diversiyalar törədirdilər. Fələstinə girən İsrail qoşunlarının əsas məqsədi o tunelləri aşkar edərək məhv etmək idi.
"Biz tunellər üzərində işi başa çatdırdıq, 32 tuneli məhv etdik. İndi qoşunlar geri qayıdır", - o qeyd edib.

Mənbə: Milli.Az

 

5 avqust 2014
GO BACK