Qadin.NET / Rusiya vətəndaşı olmaq asanlaşdı

Rusiya vətəndaşı olmaq asanlaşdı

 

Rus dili daşıyıcıları olan xarici ölkə vətəndaşları Rusiya ərazisində vətəndaşlıq almaq üçün bir illik viza əldə edə bilərlər. Milli.Az lenta.ru-ya istinadən bildirir ki, bu barədə Rusiya hökumətinin rəsmi saytı məlumat yayıb. 
Məlumata əsasən, vətəndaşlar rus dili daşıyıcısı olduqlarını sübuta yetirdikdə həmin viza verilir. Bunun üçün rus dilini bilməyi sübuta yetirmək üçün təşkil edilmiş xüsusi komissiyadan keçmək gərəkdir. 
Bundan başqa, xarici ölkə vətəndaşı öz vətəndaşlığından imtina edərək daimi yaşamaq üçün Rusiya ərazisinə köçməlidir. 

Mənbə: Milli.Az

 

5 avqust 2014
GO BACK