Qadin.NET / Daha bir əsgərimizi itirdik

Daha bir əsgərimizi itirdik

 

Ötən gün günorta saatlarında döyüş bölgəsində daha bir əsgərimiz şəhid olub. Bu barədə əsgərin yaxınları anspress-ə məlumat veriblər. Verilən məlumata görə, 19 yaşlı Murad Mahir oğlu Səmədov güllə yarası alaraq ölüb.
Xırdalandan həqiqi hərbi xidmətə çağırılan Murad Səmədovun meyiti bu gün doğulduğu Xırdalan şəhərinə gətirilir. Əsgərin cənazəsi bu gün dəfn olunacaq.
Fakt Müdafiə Nazirliyinin mətbuat xidmətindən anspress-ə təsdiqlənib. Verilən məlumata görə, əsgər döyüş bölgəsində, N saylı hərbi hissədə olarkən, ehtiyatsızlıqdan avtomatdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb, araşdırma aparılır.

Mənbə: Milli.Az

 

5 avqust 2014
GO BACK