Qadin.NET / Bu çimərliklərə getməyin

Bu çimərliklərə getməyin

 

Bu çimərliklərə getməyin

Abşeron yarımadasında yerləşən çimərliklərdə monitorinqlər davam edir. ANS TV APA-ya istinadən verdiyi məlumata görə, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib ki, 15 gündən bir çimərliklərdə monitorinqlər aparılır: “Hazırda Qaradağ və Səbail rayonları ərazisində yerləşən çimərliklərdə vətəndaşların çimməsi məqsədəuyğun sayılmır. Bu iki çimərlikdən başqa, digər çimərliklərin göstəriciləri normalara uyğundur”. Ziyəddin Kazımov onu da əlavə edib ki, monitorinqlər zamanı dəniz suyu nümunələri bakterioloji və digər göstəricilərə uyğunluq baxımından tədqiq edilir və çimərliklərdəki sanitar vəziyyət yoxlanılır.

 

Mənbə: ANS PRESS

5 avqust 2014
GO BACK