Qadin.NET / 6 yaşlı dahilər ölkəsi!?

6 yaşlı dahilər ölkəsi!?

 

6 yaşlı dahilər ölkəsi!?

20 iyun 2014-cü il tarixdə Respublika Təhsil nazirliyin əmri ilə şagirdlərin ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi qaydaları təsdiq edilib. ANS PRESS-in məlumatına görə, bu qaydalara görə uşaqların birinci sinifə qəbulu direktorun əmri ilə təşkil olunmuş komissiya tərəfindən həyata keçirilir. Əvvəlki illərdə məktəbə qəbul olan uşaqları adətən test sınağından keçirirdilər. Bu da valideynlərin çoxsaylı narazılıqlarına səbəb olurdu. Bəzi millət vəkilləri və ekspertlər mətbuatdakı çıxışlarında uşaqların məktəbə qəbulu zamanı test sınağından keçirilməsini qanunvericiliyə və konstitusıyaya zidd olduğunu dəfələrlə bildirib. Bu haqda Milli Məclisin üzvi, tarix elmlərin doktoru Musa Qasımlı, uşaqların məktəbə qəbulunun çətinləşdirilməsini uşaq hüquqlarının pozulması kimi hesab edən Uşaqların hüquq müdafiəsı liqasının sədri Yusif Bəkirov çıxışlarında deyib.Bakı Təhsil idarəsinin ictimayyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı isə qeyd edib ki, məktəblərdə aparılan test sınaqları yalnız hər uşaqın hazırlıq səviyyəsini və fərdi bacarığını təyin edilməsinə yönəldilib, uşaqların kifayət qədər hazır olmaması heç bir məktəbə onu qəbul etməmək hüququ verməməyini xüsusi ilə vurğulayıb. Lakin təcrübə göstərir ki, bu, həmişə belə deyil. Belə nəticəyə valideynləri dinləyəndən sonra gəlmək olur. Ədalət naminə demək lazımdır ki, təstidlənmiş qaydalarda 1-ci sinifə qəbul olan uşaqların test sınağından keçmə proseduru nəzərdə tutulmayıb. Qaydaların 1.8 bəndində qeyd edilir ki, uşağın məktəbə hazırlıq mərhələsindən keçməməsi onun I sinifə qəbuluna təsir etmir. Bu cür olan halda hər uşaqın hazırlıq səviyyəsini və fərdi bacarığını təyin edilməsi bilavasitə tədris zamanı daha sadə daha səmərəli deyilmi? Sosial psixoloq Teymur Mustafayev də qaldırdığımız məsələyə məhz bu cür yanaşır. "Uşağın kiçik yaşında fərdi bacarıqlarını test üsulu ilə təyin edilmə imkanı olduqca şübhəlidir. Heç olmasa, ondan ötrü ki, sınaq zamanı onlar böyük həyacan keçirir. Ondan gözlənilən nəticəyə görə məsuliyyətini anlayan uşaq güclü stress keçirir. Bu suala cavab verəndə onu çaşbaş edir, birinci baxımdan sadə olan sualın dərk eləməməsinə gətirir", - deyə T.Mustafayev belə hesab edir. Psixoloq hesab edir ki, bütün dünyada belə qəbul olunub ki, uşaq məktəb üçün hazırlanmalı deyil, məktəb uşağı qəbul etmək üçün hazır olmalıdır.Xüsusi istedada malik uşaqların təyin edilməsi ayrı bir mövzudur. Onların məktəbə qəbul qaydası belə təsəvvür yaradır ki, uşağın xüsusi istedadı yalnız məktəbə həmyaşlılarından bir il tez getmələri ilə bağlıdır. Adi uşaqlar isə məktəbə 6 yaşı tamam olandan sonra qəbul olunur. Tanrı tərəfindən hər insana verilən istedad çox zaman düzgün istiqamətləndirilmir. Bunun nəticəsidir ki, hər il TQDK məzunların keçid balını aşağı salır.Tarix göstərir ki, dünya səviyyəsində tanınmış məşhur şəxslərin xususi istedadları daha dolğun yaşlarında müəyyən olunub. Bir-birindən fərqli olan komissiyaların gələcəkdə dahi olan şəxsləri görmədikləri misallar heç da az deyil.Albert Enşteyn uşaq illərində utancaq, gec qavrayan uşaq olub. Hətta, danışanda cətinlik hiss edib. Müəllimlər ümidsizlik vəziyyətidə idilər, valideynləri isə oğullarının əqli qabiliyyətindən ehtiyat edirdilər. Dmitri Mendeleyev bir neçə dəfə universitetə imtahan verən zamanı hər dəfə məhz kimya fənnindən kəsilib.Məşhur alman filosofu Georq Vilhelm Qeqelin universitetıni bitirmə haqqındakı şəhadətnaməsində göstərilmişdi ki, o natiqlik istedadına malik deyil və fəlsəfədə özünü heç cür göstərə bilməyib.Sosial psixoloq T.Mustafayev uşaqların istedadını təyin etmək üçün 3 istiqamət müəyyənləşdirildiyini bildirdi: "Horvard Qardnerin 1983-cü ildə hazırladığı intellekt nəzəriyyəsi hamıya məlumdur. Bura 9 nəzəriyyə mövcuddur - linqivistika, riyazi məntiq, visual məkan, kinestetik toxunma, musiqi, natural, şəxsiyyətlər arası, insanların daxili və ekzistesional intellekt. Böyük ehtimalla, hər bir uşaq bu nəzəriyyənin ilk 3 növünü mənimsəyir. Bizm bu günkü sistemimiz əsasən elə həmin 3 nəzəriyyə üzərində köklənib. Digər nəzəriyyələr isə bunlardan asılı olaraq yaranır. Müəllimlər isə çalışır ki, uşaqlar öz bacarıq və istedadlarını təhsil aldıqları zaman üzə çıxartsınlar”.Teymur Mustafayev Yaponiyada 6 yaşınadək uşaqların heç bir sınaqdan keçirilmədiyini misal çəkərək əlavə etdi ki, hətta Danimarkada 13 yaşınadək uşaqların dahilik testinə icazə verilmir.Unutmaq lazım deyil ki, hər bir uşağın intellektini təyin etmək üçün müxtəlif hazırlıq proseslərini nəzərdən keçirmək lazımdır. Bu çox uşaqlar məktəbəqədər pullu müəssisələrdə yalnız nənəsinin təsir gücünü hiss edir və bu, ona sərbəst halda dünyanı dərk etməyə imkan vermir. Misallarla sübut etmək olar ki, valideynləri az qazanan uşaqlar təsir dairəsində olan uşaqlardan daha yaxşı inkişaf edir. Bütün bunalrı müzakirəe tmək üçün 173 nömrəli məktəbin direktoru Əntiqə Həsənova ilə söhbət etdik. O bildirdi ki, 1-ci sinifə uşaqların qəbulunda heç bir test keçirilmir, çünki bu uşaqların stressə düşməsinə gətirib çıxara bilər. “Hətta, orta məktəb məzunalrının da ali təhsil ocaqlarına qəbulu zamanı stress keçirdiklərini hamı bilir. Bu baxımdan 6 yaşlı uşağın testdən keçirilməsi ümumiyyətlə düzgün metodika hesab edilmir. Hər ilin yanvar ayında biz elan edirik ki, uşaqlarını 1-ci sinifər göndərmək istəyənlər üçün pulsuz hazırlıq kursları keçirilir və bunun nəticəsində müəllimlər gələcəkdə dərs keçəcəkləru uşaqları müəyyənləşdirirlər”, - deyə direktor bildirdi.173 nömrəli məktəbin direktoru Əntiqə Həsənova əlavə etdi ki, uşaqların istedadlarını sadə – tez oxumaq, tez hesablamaq və tez qavramaq üsulları ilə təyin etmək mümkündür.“Şagirdlərin 1-ci sinifə qəbulu zamanı bütün sənədlər yoxlanılır, hətta onların sağlamlıq durumları nəzərdən keçirilir. Bizə təqdim edilən tibbi arayışlarda onlara neçə dəfə iynə vurulduğuna da fikir veririk. Onlarla sadəcə məktəbin psixoloqu söhbət edir”, - deyə direktor vurğuladı.Gəlin etiraf edək ki, ölkənin bir çox məktəblərindən 1-ci sinifə qəbul zamanı baş verən anlaşılmazlıqlar haqda Təhsil nazirliyinə çoxlu şikayətlər daxil olub. Hətta belə şikayətlər şəhərin mərkəzindəki məktəblər haqda da olub.

 

173 nömrəli məktəb də Bakının kənarında yerləşmir, yəni buranı mərkəz hesab etmək olar. Əntiqə xanım söhbətində artıq bu il 1-ci siniflərə şagirdlərin qəbulunun sona çatdığını bildirdi və qeyd etdi ki, əsasən bu məktəbə yaxınlıqda yaşayanlar müraciət edib. Valideynlər öz uşaqlarını məktəbə göndərən zaman ilk növbədə qəbulun qaydalarını öyrənməlidir və bu da onların qarşılaşacağı problemlərin tez həllinə kömək edə bilər.

Mənbə: ANS PRESS

5 avqust 2014
GO BACK