Qadin.NET / Ramazan orucunun qəzasını nə zaman tutmaq lazımdır?

Ramazan orucunun qəzasını nə zaman tutmaq lazımdır?

 

Ramazan orucunun qəzasını nə zaman tutmaq lazımdır? Yay aylarına düşən ramazanın qəzasını qış aylarında tutmaq olarmı?
Milli.Az İslam.az-a istinadən bildirir ki, ramazan ayında tutulmamış orucların qəzasını növbəti ramazana kimi tutmaq lazımdır. Yəni Fitr bayramı günündən sonra növbəti ramazana kimi istənilən gün (Qurban bayramı gününü və cəfəri məzhəbinə görə həm də aşura gününü çıxmaqla) bu qəza oruclarını tutmaq olar. Bu zaman mövsüm əsas deyil. Məsələn, qışda oruc tutmaq yaya nisbətən daha asan olsa da, qəza orucunda fərq etməz.

Mənbə: Milli.Az

 

5 avqust 2014
GO BACK