Qadin.NET / Doğuşa mane olan kosmetika

Doğuşa mane olan kosmetika

 

Kosmetik vasitələr üzərində aparılan araşdırmalar zamanı məlum olub ki, hər gün makiyaj edən qadınlar böyük təhlükələrlə üz-üzədirlər. 
Axşam.az-n məlumatına görə, tərkibində çoxlu kimyəvi qatqılar olan kosmetik məhsullar tədricən insan bədənində ağır fəsadlara yol açmaqla yanaşı, xərçəngə də səbəb olur. Həmin vasitələr və onların zərərləri barədə ətraflı: 
Şampun - tərkibində 15 kimyəvi maddə var. Zərərləri: qaşıntı və gözlərdə kapilyarların yanması.
Makiyaj təmizləyici vasitə - tərkibindəki kimyəvi maddələrin sayı 15-dir. Zərərləri: xərçəng, sonsuzluq, hormonal pozğunluq riski.
Dodaq boyası - kimyəvi maddələrin sayı 13. Zərərləri: allergiya, xərçəng təhlükəsi. 
Dırnaq boyası - kimyəvi maddələrin sayı 31. Əks təsirləri: doğuş zamanı körpənin dünyaya gəlməsinə mane olur.
Ətir - tərkibindəki kimyəvi maddələrin sayı 250-dir. Zərərləri: ağız, boğaz və gözlərdə yanğı, ürək bulanması, böyrək problemləri. 
Saç spreyi - zərərli maddələrin sayı 11. Fəsadları: allergiya, gözlərdə və burunda yanma, hüceyrələrin quruluşunun pozulması.
Ənlik - tərkibindəki kimyəvi maddələrin sayı 16-dır. Zərərləri: yanma, hormonal pozğunluq.

Mənbə: Milli.Az

 

4 avqust 2014
GO BACK