Qadin.NET / Eskişehir Azərbaycanlılar Dərnəyi cəbhədəki gərginliklə bağlı müraciət etdi

Eskişehir Azərbaycanlılar Dərnəyi cəbhədəki gərginliklə bağlı müraciət etdi

Eskişehir Azərbaycanlılar Dərnəyi son günlər Ermənistan tərəfindən cəbhə xəttində atəşkəsin mütəmadi olaraq pozulması ilə əlaqədar mətbuat üçün brifinq keçirib. Bu barədə  Trend-ə dərnəkdən məlumat verilib.
Dərnəyin sədri Cavid Aydın brifinqdə iştirak edən jurnalistlərə bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbacanlılara qarşı həyat keçirdiyi qətliam və soyqırımlara beynəxalq təşkilatlar və qeyri-hökumət təşkilatlar tərəfindən heç bir siyasi, hüquqi qiymət verilməməsi rəsmi Yerevanın təcavüzkar siyasətini davam etdirməsinə səbəb olur. O, Azərbaycanın 20 faiz torpağının 20 ildən çoxdur ki, işğal altında olduğunu, BMT-nin 822, 853, 874 ve 884 saylı qətnamələrin hələ də icra olunmadığı bildirərək, regionda sülhün və sabitliiyin qorunması üçün təcavüzkarın cəzalandırılmasının zəruri olduğunu vurğulayıb.
C.Aydın son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması və diversiya əməliyyatlarının həyata keçirilməsi nəticəsində Azərbaycanın 13 hərbçisinin şəhid olduğunu qeyd edib.
O bildirib ki, yaranmış gərginlik bütün azərbaycan xalqı kimi, Türkiyədə yaşayan soydaşlarımızı da ciddi şəkildə narahat edir.
Qeyd edək ki, Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən beynəlxalq təşkilatlara BMT, ATƏT və Avropa Şurasına Ermənistanın işğalçılıq siyasətini pisləyən müraciət də qəbul olunub.
Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digər kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Mənbə: Milli.Az
5 avqust 2014
GO BACK