Azərbaycanın bir qrup Milli Qəhrəmanı cəbhədəki son hadiələrlə bağlı fikirlərini Modern.az saytı ilə bölüşüb
Fariz Qəhrəmanov: “Cəbhədən gələn şəhid xəbərləri bizi dərindən üzür. Amma nəzərə almaq lazımdır ki, atəşkəs olsa da, müharibə şəraitindəyik. Bu xəbərlərə hər an hazır olmalıyıq. Əsgərimiz şəhid olmasa, biz müharibədə olduğumuzu unutmuş oluruq. Amma belə hadisələr olanda yadımıza düşür ki, bizim itirilmiş 20 % torpağımız, Qarabağ kimi dərdimiz var. Əsgərlərimiz hər an cəbhədə düşmənlə üzbəüzdür. Bu səbədən hazılıqlı olmalıyıq. Təəssüf ki, üzücü xəbərləri aldıq, amma ilk anda müdaxilə edə bilmədiyimizə görə, xalq arasında bir balaca çaşqınlıq yarandı. Düzdür, toparlana bildik, amma belə olmamalı idi. Biz daha yaxşı xəbərlər almalıydıq. Əsgərlərimizin şücaəti göstərdi ki, biz torpaqlarımızı yağı düşməndən, onların məkrli siyasətinə qarşı qorumağa qadirik. Aranı qarışdırmaq istəsələr də, ermənilər buna nail ola bilmədilər. Soçi görüşü öncəsi nəyəsə nail olmaq istəsələr də, mətin əsgərlərimiz onlara layiqli cavab verdilər”.
Məhəmməd Həsənov: “İndiki dövrdə mən yaxınlarıma fikirlərimi bildirmişəm. Bizə icazə versəydilər, könüllü olaraq hazılaşıb döyüşə gedərdik. Mən döyüşə hazıram. Hücuma keçmək lazımdır. Müharibə dövründə şəhid verməyimiz normaldır. Amma gözləmə mövqeyi tutmamalıyıq. Biz gözləyirik, düşmən hücuma keçir. Əksini etməli, ayıq-sayıq olmalıyıq”.
Vahid Quliyev: “Hər halda son günlər cəbhədə baş verən hadisələr ermənilərin məkrli siyasətilə bağlıdır. Onlar daim cəbhəboyu ərazilərimizi atəş altında saxlayırlar. Daha nə qədər dözmək olardı? Biz də cavab verməli idik. Düşünürəm ki, Azərbaycan xalqı döyüşə hazırdır. Prezidentimizin əmri olarsa, qısa müddətdə torpaqlarımızı erməni tapdağından azad etməyə hazırıq”.
Fəxrəddin Cəbrayılov: “Mənim fikrimcə, cəbhə xəbərlərini geniş işıqlandırmaq lazım deyil. Bizi ermənilər izləyir. Hər gələn pis xəbərə onlar sevinirlər”.

Mənbə: Milli.Az