ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Ermənistanın kəşfiyyat-təxribat qrupunun müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara basqını ilə əlaqədar xüsusi kampaniyaya başlayıb.USAN-dan Trend-ə verilən məlumata görə, kampaniyanın məqsədi ABŞ ictimaiyyətini baş verən hadisələr və ümumiyyətlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti barədə daha obyektiv məlumatlandırmaqdır.
Təşkilatın kampaniya ilə bağlı açıqlamasında bildirilir ki, Ermənistan rəhbərliyi 1994-cü ildən atəşkəs haqqında müqavilə imzalamasına baxmayaraq, müharibə oyadan siyasətini davam etdirir. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin atəşkəs rejiminə riayət etməyin zəruriliyi barədə çağırışını xatırladan Şəbəkə Ermənistanın bu cür çağırışlara heç bir əhəmiyyət vermədiyini vurğulayıb.
Açıqlamada qeyd olunur ki, Ermənistan 1994-cü ildən Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğal altında saxlamaqda davam edir. "BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı qaçqınların qaytarılmasını tələb edən dörd qətnamə (822, 853, 874, 884) qəbul etmişdir. Ermənistan tərəfi isə bu qətnamələri yerinə yetirməkdən imtina edir".ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Ermənistanın təcavüzkarlıq və separatizm xarakteri daşıyan siyasətinə görə beynəlxalq ictimaiyyət tərəfindən ittiham olunmasının zərurliyini bildirərək, Ermənistan hökumətinin anneksiya siyasətini dayandırması üçün təcili tədbirlər görülməli olduğunu vurğulayıb.USAN-ın açıqlamasında daha sonra ABŞ hökumətini Ermənistan hökumətinə təzyiq göstərməyə, onun hərbi işğalını pisləməyə və Ermənistana hərbi maliyyə yardımını kəsməyə çağırıq qeyd olunur.Qeyd edək ki, təşkilat bu kampaniyanı genişləndirməyi və bir sıra beynəlxalq təşkilatlara müraciət ünvanlamağı planlaşdırır.
Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digər kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Mənbə: Milli.Az