Qadin.NET / Erməni mediası Azərbaycanın xarici siyasətini təriflədi

Erməni mediası Azərbaycanın xarici siyasətini təriflədi

Ermənistan mediası “XİN-in verilməsi” başlıqlı analitik yazı ilə çıxış edərək, ölkənin xarici işlər naziri Eduard Nalbandyanı tənqid atəşinə tutub. Axar .az xəbər verir ki, təhlil materialında Azərbaycanın xarici syasəti təqdir olunur. Vurğulanır ki, təmas xəttində baş verən son hadisələrlə əlaqədar Azərbaycan daha çevik tərpənir, nəinki rəsmi İrəvan.Yazıda qeyd olunur ki, rəsmi Bakı artıq beynəlxalq qurumlara müraciət edərək, Ermənistana qarşı sanksiyaların tətbiq olunmasına çalışır. Əvəzində isə xarici işlər naziri Nalbandyan susur və əsas işi üçüncü ölkələrə agentlik etməkdir:“Əslində, belə bəyantla Ermənistan XİN-i çıxış etməliydi. Nədənsə Nalbandyan susur. Bu o vaxt baş verir ki, gənc əsgərlərimiz həyatı bahasına vuruşur. Ümumiyyətlə, Ermənistanın Avrasiya Birliyinə üzvlüyü gündəmə gələndən ölkəmiz problemlərlə üzləşib. Milli maraqlarımıza Moskva, Astana və Bakı tərəfindən zərbələr dəyir. Qənaətimizcə, Xarici İşlər Nazirliyi bir diplomatik idarə deyil, üçüncü ölkələrin geniş agentura şəbəkəsidir. Nalbandyanın özü isə agentdir. Biz bunlardan çox narahatıq. Deməli, sözügedən nazirlik əməli işlərlə, üzərlərinə düşən vəzifələrin yerinə yetiriməsi ilə deyil, formal fəaliyyət göstərir. Yeganə çıxış yolu iqtidarın devrilməsi, çevik çalışan dövlət qurumlarının yaradılmasıdır. Zəif fəaliyyət Qarabağ məsələsinin  həllini üçüncü ölkələrin əlinə verdi. Bir sözlə, asanlıqla Xarici İşlər Nazirliyimizi itirilmiş saya blərik”.
Xatırladaq ki, yazı Ermənistan daxilində ciddi əks-sədaya səbəb olub.
Mənbə: Milli.Az
5 avqust 2014
GO BACK