Qadin.NET / Fransadan qoşunların təmas xəttində zorakılıq halları ilə bağlı açıqlama

Fransadan qoşunların təmas xəttində zorakılıq halları ilə bağlı açıqlama

 

Fransa qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədində çoxsaylı qurbanlara səbəb olmuş zorakılıq hallarının artmasından narahatdır.Bu barədə Trend bazar ertəsi Fransa Xarici İşlər Nazirliyinin saytına istinadən məlumat verir.Məlumatda deyilir: "Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər. Fransa tərəfləri atəşkəs rejiminə riayət etməyə və gərginliyin azaldılması və yeni insidentlərin qarşısını almaq üçün dərhal tədbirlər görməyə çağırır".Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digər kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Mənbə: Milli.Az

 

5 avqust 2014
GO BACK