Qadin.NET / Erməni zabitin savaş proqnozu

Erməni zabitin savaş proqnozu

 

Erməni zabitin savaş proqnozu

Son vaxtlar cəbhə bölgəsində gedən şiddətli döyüşlər Ermənistan ordusunun keçmiş döyüşçülərini təşvişə salıb. ANS PRESS-in məlumatına görə, Qarabağ müharibəsinin veteranları yaxın aylarda 2-ci Qarabağ müharibəsinin başlayacağından ehtiyat edir.“Müharibə mütləq olacaq. İndi olmasa da 2, 3, 5 aya olacaq. Əsgərləri buna hazırlamaq lazımdır”, Qarabağ müharibəsində “Arabo” dəstəsinin komandiri olmuş Manvel Yeqiazaryan bildirib.O, deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin planlaşdırılan görüşündə Serj Sarkisyan qorxaraq geri addım atmasa, müharibə yenidən bərpa oluna bilər.Qeyd edək ki, erməni kəşfiyyat-təxribat qrupu cəbhə müxtəlif istiqamətlərində Ordumuzun mövqelərinə basqın edib. Əsgərlərimizin sayıqlığı nəticəsində düşmən xeyli itki verərək geri çəkillib.

 

Mənbə: ANS PRESS

4 avqust 2014
GO BACK