Avropanın cənub hissəsində pis hava şəraiti hökm sürür. Ötən gün İtaliyada yağan aramsız yağışlar daşqınlara səbəb olub.
Təbii fəlakət nəticəsində azı 4 nəfər ölüb, 20 nəfər xəsarət alıb. Refrontolo şəhərində bəzi bölgələri gözlənilmədən sel basıb.
Şahidlərin sözlərinə görə, insanlar selə qapılmamaq üçün ağaclara tutunublar. Bir neçə nəfər isə, xilas ola bilməyib.
Azı 5 nəfər itkin hesab edilir. Daşqın suları şəhərdə çoxlu sayda dağıntılar törədib. Suyun hündürlüyü bəzi bölgələrdə 1 metrə qədər çatıb.
Elektrik şəbəkələrinə dəyən ziyan şəhəri enerjisiz qoyub. Mer Luka Zaya şəhərdə fövqəladə vəziyyət elan edib.
Təhlükəsizlik qüvvələri dağınıtların aradan qaldırılması üçün fəaliyyətə başlayıblar.
Mənbə: ANS PRESS