Hesab edilir ki, bioloji saatın işinin pozulması belin ölçüsünə, hormonlara, yuxuya pis təsir edir, diabet riski yaradır.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu səbəbdən həkimlər növbəli işdə çalışanlara düzgün, balanslaşdırılmış qida rasionundan istifadə etməyi məsləhət bilirlər.
Diabet korluğa, ürək tutmalarına və insulta, həmçinin əsəblərin və qan damarlarının zədələnməsinə, ayaqların amputasiyasına səbəb ola bilər.
BBC bildirir ki, tədqiqatda 226 min insanın göstəriciləri analiz edilib.
Quançjouakı Elm və Texnologiya Universitetinin alimlərinin apardıqları tədqiqat göstərib ki, növbəli iş zamanı 2-ci tip diabet riski 9% artıb.
Ancaq yalnız kişilərin nəticəsi yoxlandıqda bu göstərici 35%-ə qalxıb. Gecə və gündüz növbəsini müntəzəm olaraq dəyişən adamlarda isə (sürüşkən qrafik) bu risk 42%-ə qalxıb.
Bunun səbəbi belə izah edilir ki, növbəli iş yuxu və qida rejimini pozur. Məsələn, gec yemək yemək orqanizmdə piyin toplanmasına və nəticədə kökəlməyə, həmçinin 2-ci tip diabetin yaranmasına səbəb olur.