Qadin.NET / General Rövşən Əkbərov: "Düşmən tərəfi 71 itki verib"

General Rövşən Əkbərov: "Düşmən tərəfi 71 itki verib"

 

Baş verən atışmalarda düşmənin 6-7 postu məhv edilib. Bu gün şəhid olmuş gizir İsa Almazovun üç mərasimi keçirilib. Milli.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ölümündən sonra üçüncü dərəcəli medalla təltif edilən şəhidin mükafatını Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov təqdim edib.
Mərasimdə şəhidin yaxınları ilə görüşən general-leytenant son günlərdə baş verən atışmalar nəticəsində erməni ordusunun 71 əsgərinin öldürüldüyünü və 80 əsgərin yaralandığını bildirib:
“Bu döyüşlərdə, baş verən atışmalarda düşmənin 6-7 postu məhv edilib”.
Qeyd edək ki, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsa Ziyad oğlu ötən gün cəbhə xəttində gedən atışmalarda düşmən gülləsinə tuş gələrək şəhid olub.
Allah rəhmət eləsin!
Mənbə: Milli.Az

 

4 avqust 2014
GO BACK