Qadin.NET / Bu qabların istifadəsi xərçəng yaradır

Bu qabların istifadəsi xərçəng yaradır

 

Birdəfəlik penoplast stəkan və konteynerlərin istehsalında istifadə edilən kimyəvi maddə xərçəng yarada bilər. 
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bunu ortaya çıxaran tədqiqata 10 nəfər toksikologiya, kimya və tibb mütəxəssisi başçılıq edib.
Nəticə belə olub ki, stirol və onun törəmələri xərçəng riski yaradır. Tədqiqatçılar istehsal zamanı onun dozasına diqqət yetirməyi tövsiyyə edirlər. 
Polistirol qida maddələri ilə təmasda olan qabların hazırlanması üçün təhlükəsiz hesab edilirdi. Bunu ABŞ-ın bir çox tənzimləyici orqanı təsdiq etmişdi. 
Bir müddət əvvəl Britaniya alimləri stirol da daxil olmaqla 170 kimyəvi maddəni tədqiq etmişdi. Bütün bu maddələrdən qida məhsullarının qablaşdırılması üçün konteynerlərin istehsalında qanuni əsaslarla istifadə olunurdu. 
Alimlər müəyyən etdilər ki, bu kimyəvi maddələr qadın və kişilərin cinsi sisteminə mənfi təsir edir, orqanizmdə hormonların yaranmasını əngəlləyir, inkişaf problemləri olan uşaqların doğulmasına səbəb olur. 
Daimi olaraq stirol və onun törəmələri ilə kontaktda olan insanlarda mərkəzi və periferik əsəb sistemi, qanyaratma sistemi, həzm sistemi zədələnir, azot-zülal, xolesterin və lipid mübadiləsi pozulur. 

Mənbə: Milli.Az

 

4 avqust 2014
GO BACK