ABŞ-da faşist terror təşkilatı kimi tanınan Ku-Kluks-Klan yenidən amerikalıları, xüsusən də qara dərililəri qorxuya salıb. Bu barədə Al Jazeera geniş reportaj hazırlayıb. Həmin materialı kiçik ixtisarla təqdim edirik.
Pan-Ərəb televiziya kanalı bildirib ki, sıralarına yeni qüvvələr cəlb edən təşkilat Cənubi Karolinada irqi zəmində baş vermiş və tarixdə yaşanmış qorxu hissinə yenidən can verib.
Abbevville şəhərindən hazırlanmış reportajda deyilir: “Bazar günü kilsədən qayıdan gənc rahib Demond Davson qatarda ən yaxşı paltarlarını geyinmiş uşaqların əhatəsində idi. Onlar şəhərin Dollar Ceneral adlanan məntəqəsində qəlyanaltı etmək və sərin su içmək üçün qatardan endilər.
Uşaqlar mağazanın yanındakı səkinin qarşısında bir-biri ilə oynaşırdılar. Onlarla bir vaxtda Ku-Kluks-Klan üzvlərinin həmin dairədə tədbir keçirməsi gənc rahibin ciddi etirazına səbəb oldu. Ku-Kluks-Klanın yeni təsis olunmuş filialı New Empire Knights (“Yeni İmperiya Cəngavərləri”) orada üç günlük toplantı keçirirdi.
Təşkilat “Bizim torpaqları qorumaq üçün bizlərə qoşul“ çağırışı ilə öz sıralarını genişləndirməyə çalışır. Müşahidəçilər əmindirlər ki, klan üzvlərinin bütün cəhdlərinə baxmayaraq, təşkilat getdikcə öləziyir və demək olar ki, can verir. Ancaq bir çoxları bu kimi fikirlərin ifrat optimizmdən qaynaqlandığı qənaətindədir.....
Baptist kilsənin keşişi olan Davson deyir ki, klan üzvlərinin keçirdiyi səs-küylü tədbir əsasən qaradərili amerikalılardan ibarət olan uşaqlarda çoxsaylı suallar yaradıb. Xüsusən uşaqlar bilmək istəyiblər ki, nədən klan üzvləri üzlərinə maska keçiriblər. Bu geyim uşaqlarda vahimə doğurur...
“Bundan narahatam, əgər onlar düzgün iş görsələr, maskaya ehtiyac olmaz ki. Mən uşaqlara bu mürəkkəb məsələni anlatmağa çalışdım. Qaradərililər arasında şayiələr gəzir ki, klan tezliklə şəhərdə yürüş keçirəcək, bəziləri hətta bu yürüşün şəhərin mərkəzi meydanında baş tutacağını iddia edir. Ancaq mən klan üzvlərini şəhərdə görmək istəməzdim”.
Abbevillenin “Yeni İmperiya Cəngavərləri” bəyan edirlər ki, onlar öz fəaliyyətlərin gizli şəkildə həyata keçirəcəklər. Ancaq onların internetdə yerləşdirdiyi informasiyalara hər kəs baxa bilir. Çoxları da klanın keçirmək istədiyi kütləvi tədbirlə bağlı istehza dolu şərhlər yazır....
Abbeville dairəsinin sakini Çarliz Murray özünü yeni elan olunmuş “İmperiya Cəngavərləri”nin başçısı hesab edir. Və Al Jazeera-nin suallarına yalnız yazılı cavab verə biləcəyini deyib. O, bildirib ki, 2013-cü ildə Abbeville dairəsində mərkəzi ofisi açılan “Yeni İmperiya Cəngavərləri”nin leqal şəkildə seçilmiş lideridir.
Təşkilatın nə qədər üzvü var sualına Çarliz Murray təvazökarlıqla cavab verir: “Mənim bir neçə nəfər üzvüm var, arzu edərdim ki, daha çox olsun. Ancaq üzvlərimizin sayı siz düşündüyünüzdən daha çoxdur . Onların arasında müəllimlər, həkimlər, hüquqşünaslar da var. Məqsədimiz isə ağlar üçün gərəkən legitim təşkilat yaratmaqla Ağ Amerikanın səsi olmaqdır”...
Təşkilatın veb saytında bildirilir ki, klan qrupunun 15 ştatdan olan 116 üzvü həftəsonu yürüşdə iştirak edəcək. Tədbir zamanı ətrafdakı insanlarda vahimə yaratmaq üçün taxtadan düzəldilmiş iri həcmli xaça od vurulması da nəzərdə tutulub.
Statistik göstəricilər aydın göstərir ki, son vaxtlar Amerikada Ku-Kluks-Klanın nüfuzu son dərəcə zəifləyib. Belə ki, Amerikada 4-6 min arasında Ku-Kluks-Klan üzvünün olduğu söylənilir. Abbeville dairəsində isə onların sayı 2010-cu ildə 221 nəfər olub. İndi isə təşkilatda cəmi 150 nəfər qalıb. 1960-cı ildə isə Amerikada 40 min insan bu faşist təşkilatına qatılmışdı. Ku-Kluks-Klanın ən parlaq dövrü isə 1920-ci ildə olub. O vaxt bu təşkilata 4 milyon insan qoşulmuşdu...
“Abbevilledə olan klan kiçik bir qrupdan ibarətdir və biz düşündüyümüz qədər də təhlükəli deyillər”, yerli sakinlərdən biri Al Jazeera-yə belə deyib. O da bəlli olub ki, klanın keçirdiyi tədbirə cavab olaraq artıq 1 saat sonra 300 nəfərlik qrup bir araya gəlib və klanın fəaliyyətinə etiraz edib. Şübhəsiz ki, bu kimi tədbirlər klanın gücünü zəiflədir və onun fəaliyyətini heçə endirir...
Xanımlardan biri isə televiziyaya deyib ki, klan bütün ölkə boyu özünə tərəfdarlar axtarır: “Klan bəzi qruplar üçün cəlbedicidir. Xüsusən az təhsilli, kasıb ağ adamlar var ki, onlar özlərini bu cəmiyyətdə alçaldılmış hiss edirlər, ölkədəki demoqrafik göstəricilər də onların qorxusunu artırır. Özlərini artıq adam kimi hiss edən belələri klana üz tutur. Klanın törətdiyi terror hadisələri isə tarixin yaddaşından silinməyib ”...
Abbevilledəki qara dərili sakinlər isə Klan haqqında danışmağa o qədər də həvəs göstərmirlər. Ancaq qorxu içində olan Çarlene Kravford deyir ki, klanın keçirdiyi tədbir pis bir şeyin başlanğıcı ola bilər.
“1916-cı ildə klan bu şəhərdə varlı qaradərili torpaq sahiblərindən birini bıçaqlamışdı. Onu şəhərdə sürümüşdülər, sonra da ağacdan asmışdılar. Biz bir-birimizi sevməliyik, bir-birimizə nifrət etməkdən çəkinməliyik. Bizim hamımızın damarından eyni qan axır”, - Çarlene Kravford deyib.
Xanım söyləyib ki, irq fərqinə görə kiminsə öldürülə biləcəyini düşünmək belə dəhşətlidir: “Siz elə düşünürsüz ki, bizim şəhərin rəhbərləri klanın fəaliyyətinə qarşı nəsə edəcək? Yox, onların belə bir fikri yoxdur”.
Şəhərin rəhbərlərindən olan Şavn Bell isə Al Jazeera-yə deyib ki, “Yeni İmperiya Cəngavərləri” şəhərdə tədbir keçirməklə bağlı hələ onlara rəsmi müraciət etməyiblər: “Əvvəlki tədbir isə şəhərdən kənarda keçirilib. Oralar isə bizim səlahiyyətimizdən kənarda olan ərazilərdir”...
Abbeville şəhərinin meri Sarah Şevud isə televiziyanın telefon zənglərinə cavab verməyib. O, e-mail vasitəsi ilə ünvanlanmış yazılı sualları da cavabsız qoyub...
Doktor Lonnie Randolf isə deyib ki, klanın nəzərdə tutduğu tədbirlə bağlı hər yerdə söz-söhbətlər dolaşır: “Şəxsən mən narahatam. Çünki qığılcımdan alov doğa bilər. İrqçilik geniş yayılıb. Biz irqçilik haqqında danışmaqdan çəkinirik, ancaq bu heç də o demək deyil ki, o yox olub gedib ”...
Ekstremizm üzrə ekspert olan Mark Potok deyir ki, Ku-Kluks-Klan öz üzvlərinin sayını artırmağa çalışır. Onlar ümid edirlər ki, yeni varlı üzvlər təşkilata ciddi maliyyə dəstəyi verəcəklər. Klanın bir çox rəhbərləri məhz təşkilatda toplanan bu pulların hesabına rahat yaşayır...
O da bildirib ki, bütün bu deyilənlərə baxmayaraq, klan hələ ki, zəifdir. Və onların nəsə ciddi bir iş görəcəyini güman etmirəm...

Mənbə: Milli.Az