Maraqlı televiziya proqramları zamanı qadınlar azkalorili qida qəbul etməyə meyllidirlər. Tərsinə, veriliş maraqsızdırsa, o zaman qeyri-sağlam qida qəbul etmək həvəsi 52%-ə qalxır.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, İsveçin Uppsal Universitetinin alimləri 18 qadını müşahidə ediblər. Müxtəlif növ verilişlərin baxışı zamanı bu qadınların yediklərinin qədəri və keyfiyyəti analiz edilib.
Həmçinin tədqiqat zamanı qadınlara İsveç ərazisində rast gəlinən həşəratlar barədə məqalələr oxumağı da təklif ediblər.
Baxdıqları və oxuduqlarını qadınlar "maraqlı" və "maraqsız" qisimlərə bölüblər. Bu zaman alimlər bu kateqoriyalara uyğun olaraq onların menyularını tutuşdurublar.
Tədqiqat göstərib ki, maraqlı seriala baxan zaman qadınlar maraqsız verilişlərə baxıb həşəratlar barədə oxuyan zamana nisbətən 35% daha az yeyiblər.
Beləliklə alimlər sübut ediblər ki, insanı yemək yeməyə televizor özü deyil, orada göstərilən təhrik edir.
Zərərli qidaları çoxlu yeməmək üçün alimlər televizora baxış zamanını tənzimləməyi, əvvəlcədən proqram seçməyi məsləhət görürlər. Həmçinin nə yediyinizə də diqqət etsəniz, pis olmaz.
Üstəlik, televizora baxdığınız zaman mürəkkəb olmayan fiziki təmrinlər də edə bilərsiniz, bu nəinki iştahınızı azaldacaq, həmçinin artıq kiloqramlardan qurlutmağınıza da yardım edəcək.