Gündə bir şüşə qazlı içki yeniyetmənin yaddaşını pozmağa qadirdir.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bunu yeni araşdırma ortaya çıxarıb.
Cənubi Kaliforniya Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, tərkibində çoxlu şəkər olan içkilər insanların öyrənmə bacarığına təsir edir.
Həmçinin bu içkilər insanda piylənmə yaratmaqla yanaşı, onları daha aqressiv edir.
Hazırki araşdırma isə qazlı içkilərin beyin aktivliyinə və informasiyanı yadda saxlamaq bacarığına mənfi təsirini aşkar edib.
Tədqiqat zamanı alimlər yaşlı adamlara və gənclərə müxtəlif şəkər əvəzləmələri əlavə edilmiş şirin qazlı su içiriblər.
Bir aydan sonra yaşlı insanlar koqnitiv funksiyaların sınağında yaxşı nəticələr göstəriblər, gənclər isə yaddaş və öyrənmə testlərindən keçə bilməyiblər.
Tibbi analizlər göstərib ki, şirin qazlı içkilər beynin öyrənmə və yaddaşa məsul olan sahəsi hippokampda iltihab yaradıb.
Günümüzdə qazlı içkinin hansı həddə şirinləşdirilməsinin dəqiq dozası təyin edilməyib. Ona görə də alimlər belə içkilərdən istifadəni minimuma endirməyi məsləhət bilirlər, xüsusilə də yemək arasında.