Buna rəğmən bir qrup tədqiqatçı şəkərdən tam imtinanın da təhlükəli olduğunu sübut edib.
Şəkəri tamamilə qida rasionundan çıxarmaq çətindir. Hazırda tərkibində çox az miqdarda şəkər olan ərzaqlar çoxdur, içində tamamilə şəkər olmayan ərzaq isə demək olar ki, yoxdur.
Həmçinin şəkər meyvələrin, tərəvəzin, süd məhsullarının, yumurtanın, qoz-fındığın tərkibində də var. Yəni bunlardan da imtina etsə, insanın səhhəti tamamilə korlanar.
Bu səbəbdən mütəxəssislər "şəkərsiz" pəhrizləri ən pis dieta siyahısına salıblar, yəni nəinki pulların havaya sovrulmasıdır, eyni zamanda da adamın orqanizminin "evini" yıxır.
Bu siyahıda digər pəhrizlər də var:
"Mağara adamının pəhrizi": bu pəhrizə riayət edənlər əcdadların qida rasionundan istifadə edirlər - giləmeyvə, tərəvəz və yağsız ət yeyir, taxıl və paxlalı bitkilərindən, süd məhsullarından isə imtina edirlər.
"Hormonal" pəhriz: hormonal terapiyanın köməyi ilə bədənin müəyyən hissələrinin əridilməsi. Məsələn, hesab edirlər ki, "ətli beli" insulin yaradır, şəkərdən az istifadə etməklə isə şişkin böyürlərdən qurtulmaq olar.
Yeməyi əvəz edən içkilər: alimlər deyirlər ki, qida məhdudiyyəti insanı depressiyaya salır.
Əcaib gil pəhrizi də "qara siyahıya" düşüb. Bu pəhrizi saxlayanlar fikirləşirlər ki, gündə 1 qaşıq gil yeməklə toksinlərdən xilas ola, immunitetlərini artıra, bədəndəki turşuların miqdarını tənzimləyə bilərlər. Mütəxəssislər isə deyirlər ki, gilin təmizləyici xüsusiyyəti tamamilə marketinq mifidir. Onun gündəlik istifadəsi isə adamda qəbizlik yaradır.